TQDK buraxılış imtahanı qiymətlərini Təhsil Nazirliyi və Təhsil İdarəsinə təqdim edib

TQDK buraxılış imtahanı qiymətlərini Təhsil Nazirliyi və Təhsil İdarəsinə təqdim edib
# 17 iyul 2014 10:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili IX və XI sinif şagirdlərinin buraxılış imtahanı qiymətlərini və dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri elektron imza ilə imzalanmış şəkildə Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdim edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, eyni zamanda şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri buraxılış sinif şagirdlərinin yekun qiymətlərini “Şagird-məzun” sistemindən elektron imza ilə təsdiq edilmiş siyahı şəklində əldə edərəkçap edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR