ARDNŞ ötən ay dövlət büdcəsinə ödənişlərini 1% artırıb

ARDNŞ ötən ay dövlət büdcəsinə ödənişlərini 1% artırıb
# 11 avqust 2014 12:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən bu ilin iyul ayında dövlət büdcəsinə 149,294 mln. manat vəsait ödənilib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin iyul ayı ilə müqayisədə 15,208 mln. manat və ya 1,3% çoxdur.

Ümumiyyətlə, bu ilin yanvar-iyul aylarında büdcəyə 1 mlrd. 117 mln. 603 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 197,969 mln. manat və ya 21,5% çox olub.

Bundan əlavə, bu ilin iyul ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11,261 mln. manat vəsait köçürüb. Ümumiyyətlə, bu ilin yanvar-iyul aylarında Şirkət tərəfindən DSMF-ə ödəniş 83,498 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR