AİB Azərbaycanın yol sektorunun inkişafına dair MFF proqramını 2015-ci ildə təsdiqləməyi planlaşdırır

AİB Azərbaycanın yol sektorunun inkişafına dair MFF proqramını 2015-ci ildə təsdiqləməyi planlaşdırır
# 31 iyul 2014 10:17 (UTC +04:00)

Bakı. APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın yol sektorunun inkişafına dair 250 mln. dollar həcmində üçüncü çoxtranşlı maliyyələşmə proqramını (MFF) 2015-ci ildə təsdiqləməyi planlaşdırır. “APA-Economics”in məlumatına görə, bu barədə AİB-dən məlumat verilib.

“Gələn il Azərbaycanın yol sektorunun inkişafına dair üçüncü çoxtranşlı maliyyələşmə proqramın təsdiqlənməsi planlaşdırılır. Proqram 250 mln. dollar həcmində qiymətləndirilir. Proqram çərçivəsində Azərbaycanda 1-2 layihə maliyyələşdirilə bilər”- deyə bankdan bildirilib.

Qeyd edək ki, MFF-3 çərçivəsində maliyyələşdirilməsi mümkün olan layihələr hələlik müəyyənləşdirilməyib. Bununla bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR