BSU-da “Azərbaycanca-yunanca luğət”in hazırlanması müzakirə edilib - FOTO

BSU-da “Azərbaycanca-yunanca luğət”in hazırlanması müzakirə edilib - <span style="color: red;">FOTO
# 04 iyul 2014 16:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsungas və Yunanıstanın keçmiş təhsil naziri, Beynəlxalq “Onassis” Fondunun təhsil üzrə baş katibi Petros Evfimiu Bakı Slavyan Universitetinin qonağı olublar. BSU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali təhsil müəssisəsinin rektoru Asif Hacıyevlə görüş zamanı qonaqlar BSU-da yunanşünaslığın inkişafından razı qaldıqlarını, “Onassis” Fondunun təhsil üzrə Azərbaycanda həyata keçirəcəyi layihələrin universitetin dəstəyi və iştirakı ilə reallaşmasında maraqlı olduqlarını bildiriblər. Tərəflər burada yunanşünaslığın inkişaf perspektivlərini, bu istiqamətdə fondun təqdim etdiyi layihələrə qoşulma imkanlarını müzakirə ediblər. Petros Evfimiu qarşılıqlı anlaşmaya əsasən ilkin olaraq 2015-ci ildən BSU-da “Qədim yunan fəlsəfəsi” kursunun tədrisinin planlaşdırıldığını və layihənin fond tərəfindən maliyyələşəcəyini söyləyib.

Əməkdaşlığın perspektivləri müzakirə olunan zaman “Azərbaycanca-yunanca luğət”in hazırlanması, qədim yunan ədəbi abidələrinin Azərbaycan dilinə orijinaldan tərcümə olunması fikri irəli sürülüb. Yunan istiqamətinin inkişafı və yeni layihələrin reallaşması üçün BSU mütəxəssislərinin və tələbələrinin Yunanıstana ezam edilməsinin vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR