Yens Stoltenberq: NATO Rusiya ilə Abxaziya arasında imzalanmış sazişi tanımır

Yens Stoltenberq: NATO Rusiya ilə Abxaziya arasında imzalanmış sazişi tanımır
# 25 noyabr 2014 00:12 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Biz noyabrın 24-də Rusiya və Gürcüstanın Abxaziya regionu arasında bağlanmış “Müttəfiqlik və strateji tərəfdaşlıq haqqında” sazişi tanımırıq. ”, deyə Y.Stoltenberq bildirib.

Şimalı Atlantika alyansının rəhbəri Rusiyanı Gürcüstan əraziləri - Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasını ləğv etməyə və bu ölkədən öz qoşunlarını çıxarmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR