Ermənistanda 4 ordu zabiti polis əməkdaşını döyüb

Ermənistanda 4 ordu zabiti polis əməkdaşını döyüb
# 17 iyun 2016 10:54 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistanda 4 zabit hərbi polis əməkdaşını döyüb.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilir ki, hadisə iyunun 15-də Vardenis şəhərində baş verib. Andranik Matevosyan adlı polis zabitlərin olduğu avtomobili saxlayıb. Bu, zabitlərin xoşuna gəlməyib və mübahisə yaranıb. Nəticədə 4 hərbçi polisi döyüb.

Hücum edən şəxslər saxlanılıb. Faktla bağlı "dövlət məmuruna qarşı zorakılıq" maddəsi ilə cinayət işçi başlanılıb. Saxlanılan zabitlərin Dağlıq Qarabağdakı separatçı rejimin “Müdafiə Nazirliyi”nin əməkdaşları olduğu deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR