Vəkil Nizami Piriyevlə görüşüb: "Hər şey qaydasındadır"

Vəkil Nizami Piriyevlə görüşüb: "Hər şey qaydasındadır"
# 27 may 2015 09:57 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən M. Mustafayev bildirib ki, N. Piriyevə mayın 26-da baş çəkib. Vəkil hər şeyin qaydasında olduğunu bildirib.

Qeyd edək ki, Nizami Piriyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində 3 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

N. Piriyev “PNN Group” şirkətinin təsisçilərindəndir. “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.

“PNN Group” “De Beers” və “Hamley's” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurucularındandır.

“PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR