“Qafqaz İnkişaf Bankı” aktivlərini 14,5% artırıb

“Qafqaz İnkişaf Bankı” aktivlərini 14,5% artırıb
# 23 oktyabr 2014 08:38 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. 2014-cü ilin III rübündə “Qafqaz İnkişaf Bankı”nın aktivlərinin həcmi 142,700 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 14,52% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 14,19% artaraq 127,076 mln. manat olub.

Bu il oktyabr ayının 1-nə bankın istehlak kreditlərinin həcmi 20,086 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 17,54% azdır.

Bu ilin 9 ayında bankın ipoteka kreditlərinin həcmi 1,716 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 2,32 dəfə çoxdur və kreditlərin hamısı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bu ilin III rübündə bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 7,63 dəfə artaraq 2,168 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 13,99% artaraq 7,616 mln. manat təşkil edib. oktyabrın 1-nə əhalinin əmanətlərinin həcmi isə 5,518 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 5,76% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 12,40 % artaraq 51,851 mln. manata çatdığı halda, nizamnamə kapitalı 30,33% artaraq 55 mln. manat təşkil edib.

Bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 57,93% artaraq 11,551 mln. manat, xərcləri isə 48,10% artaraq 4,258 mln. manata çatıb.

Bu ilin ilk 9 ayı ərzində bankın əldə etdiyi mənfəət 4,245 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 3 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR