ABŞ-ın Vaşinqton ştatında atışma olub, ölən və yaralanan var

ABŞ-ın Vaşinqton ştatında atışma olub, ölən və yaralanan var
# 29 mart 2015 13:33 (UTC +04:00)

APA-nın “Fox News”a istinadən verdiyi məlumata görə, hadisə şənbə günü yerli vaxtla saat 02.00-da Vaşinqton ştatının Kitsap dairəsində baş verib.

Hadisə yerinə gələn polis əməkdaşları qadın meyitini və ağır vəziyyətdə olan uşağı tapıblar. Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Atışma zamanı daha bir nəfər yaralanıb. Həmin şəxs əməliyyat olunub. Onun vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR