Çində kömür mədəninin çökməsi nəticəsində 16 nəfər həlak olub

Çində kömür mədəninin çökməsi nəticəsində 16 nəfər həlak olub
# 25 oktyabr 2014 08:03 (UTC +04:00)

Bakı - APA. Çinin Urumçi şəhərində kömür mədəninin çökməsi nəticəsində 16 nəfər həlak olub.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, yerli rəsmilər hadisə baş verən zaman mədəndə 33 işçinin olduğunu bildirib. Hadisə nəticəsində 11 nəfər yaralanıb.

Qeyd edək ki, Çin hökuməti 2015-ci ilin sonlarına qədər təhlükəsizlik standartlarının aşağı olduğu 2000-ə yaxın kiçik kömür mədənini bağlamağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR