Moskvada dəhşətli yol qəzası nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb

Moskvada dəhşətli yol qəzası nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb
# 08 noyabr 2014 08:11 (UTC +04:00)

Bakı – APA. Moskvada dəhşətli yol qəzası nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə BMW markalı avtomobilin “Hyundai Solaris” markalı avtomobil ilə toqquşması nəticəsində baş verib.

Toqquşmadan sonra BMW alışıb. Ölənlərdən iki nəfər BMW markalı maşının sərnişinləri, iki nəfər isə “Hyundai Solaris”in sərnişinləri olub. Daha bir nəfəri zərbənin gücündən avtomobildən atıb.

Yaralanan 21 yaşlı qız isə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR