Rumıniyada 5,3 bal gücündə zəlzələ olub

Rumıniyada 5,3 bal gücündə zəlzələ olub
# 23 noyabr 2014 03:18 (UTC +04:00)

Bakı-APA. Rumıniyanın Vrança bölgəsində 5,3 bal gücündə zəlzələ olub. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Rumıniyanın Milli geofizika institutu məlumat yayıb.

Zəlzələnin episentri 100 km dərinlikdə olub. Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur. Yeraltı təkanların qonşu Moldovada da hiss olunduğu bildirilib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Yaponiyada və Çində də zəlzələ baş verib. Yaponiyada onlarla insan xəsarət alıb, Çində isə yaşlı qadın ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR