Nikolay Bordyuja: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin davam etməsi zəruridir”

Nikolay Bordyuja: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin davam etməsi zəruridir”
# 13 noyabr 2014 11:14 (UTC +04:00)

APA-nın təşkilatın saytına istinadən verdiyi xəbərə görə, N. Bordyuja bildirib ki, bu təhlükəli insident regionda vəziyyəti daha da gərginləşdirə bilər:

“Bu, bizim narahatlığımızı artırır. 2014-cü il ərzində təmas xətti və Azərbaycan-Ermənistan sərhədində silahlı insidentlər davamlı şəkildə baş verib. Təkcə yayda uç ay ərzində atəşkəs rejimi 1500 dəfə pozulub. Yaşayış məntəqələri və dinc əhali atəşə tutulub. Kəşfiyyat-diversiya qruplarının təmas xəttini keçməsi, zorakılıqlar və dinc sakinlərin ölməsi faktları baş verib. Helikopterin məhv edilməsi zorakılığın təhlükəli təzahürüdür. Cənubi Qafqazda vəziyyət getdikcə gərginləşir. Mən inanıram ki, biz bu vəziyyətin inkişafının qarşısını almaq məqsədilə addımlar atmalıyıq. Güc tətbiq etməkdən imtina, atəşkəs rejiminə ciddi şəkildə riayət edilməsi və provokativ addımlara yol verilməməsi belə hadisələrin qarşısını ala bilər. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin davam etməsi zəruridir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR