Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin üzvləri ukraynalı deputatlarla görüşüblər

Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin üzvləri ukraynalı deputatlarla görüşüblər
# 31 mart 2015 15:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər.

Parlamentdən APA – ya verilən məlumata görə, Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov bildirib ki, Azərbaycan və Ukrayna tarixi dostluq kökləri ilə bir-birilərinə bağlıdır.

O qeyd edib ki, Azərbaycan həmişə Ukraynanın suverenliyini dəstəkləyib və dəstəkləyir: “Ölkələrimiz GUAM çərçivəsində və digər beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir və taleyüklü məsələlərdə eyni mövqedən çıxış edirlər. Azərbaycan GUAM ölkələri arasında münasibətlərin daha da inkişafı üçün əlindən gələni əsirgəmir və GUAM-ın öz fəaliyyətini genişləndirməsinin tərəfdarıdır”.

Görüş üçün təşəkkürünü bildirən Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov Ali Radanın yeni tərkibinin keçən ilin sonunda formalaşdığını diqqətə çatdırıb. O qeyd edib ki, artıq Azərbaycanla parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupu fəaliyyətə başlayıb və bu həmin qrupun Azərbaycana ilk səfəridir.

Söhbət zamanı qonaqlar dünəndən başlayaraq Azərbayacanda bir sıra faydalı görüşlər keçirdiklərini və Azərbaycanda gördükləri inkişafdan məmnunluqlarını diqqətə çatdırdılar. Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR