"Volkswagen" 18 mlrd. dollar məbləğində cərimələnə bilər, şirkətin səhmləri sürətlə dəyərdən düşür

"Volkswagen" 18 mlrd. dollar məbləğində cərimələnə bilər, şirkətin səhmləri sürətlə dəyərdən düşür
# 21 sentyabr 2015 16:59 (UTC +04:00)

Bakı - APA-Economics. Almaniyanın ən iri avtomobil istehsalçılarından biri olan "Volkswagen" 18 mlrd. ABŞ dolları dəyərində cərimələnəcək bilər.

 

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi xəbərə görə, buna səbəb avtokonsernin ekoloji normaları pozmasıdır. ABŞ-ın ətraf mühitin qorunması üzrə dövlət agentliyinin yaydığı məlumata əsasən, 2009-2015-ci illərdə şirkət 500 minə yaxın avtomobil satıb ki, həmin nəqliyyat vasitələrində ətraf mühitə atılan zərərli maddələrin miqdarı reallığı əks etdirməyib.

 

Söhbət "Jetta", "Golf", "Passat" və s. modellərdən gedir.


Maraqlıdır ki, bu xəbərlərin yayıldığı andan etibarən şirkətin səhmləri 16% dəyərdən düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR