ABŞ rəsmisi ermənilərin girov götürdükləri Azərbaycan vətəndaşlarına “məhkəmə” keçirmələri barədə sualı cavablandırmaqdan imtina edib

ABŞ rəsmisi ermənilərin girov götürdükləri Azərbaycan vətəndaşlarına “məhkəmə” keçirmələri barədə sualı cavablandırmaqdan imtina edib
# 28 oktyabr 2014 20:12 (UTC +04:00)

Bakı-APA. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba torpaqlarında ermənilər tərəfindən girov götürülmələri və onlara keçirilən qondarma “məhkəmə prosesi” ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

APA-nın Rusiyanın Ria Novosti agentliyinə istinadən verdiyi məlumata görə, C. Psaki bununla bağlı sualı şərh etmək istəməyib: “Bu konkret iş barədə bizim kifayət qədər məlumatımız yoxdur”.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba torpaqlarında ermənilər tərəfindən girov götürülüblər. Onlara qarşı hazırda ermənilər qondarma “ məhkəmə prosesi” “keçirirlər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR