Bakıda iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir

Bakıda iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir
# 29 oktyabr 2015 06:00 (UTC +04:00)

APA-nın xəbərinə görə, diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edir.

Diaqnostik qiymətləndirmə Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında saat 09.00-dan başlanıb və 17.00-dək davam edəcək.

Qeyd edək ki, Bakı şəhəri ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan ​müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 30 və 31 oktyabr tarixlərində də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında keçiriləcək. Ümumilikdə, imtahana cəlb edilməsi planlaşdırılan kontingentin sayı 2500-ə yaxındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR