Azərbaycan millisi Dünya Kubokuna 1 idmançı ilə yollanacaq

Azərbaycan millisi Dünya Kubokuna 1 idmançı ilə yollanacaq
# 23 mart 2015 15:10 (UTC +04:00)

Bakı – APA. Aprelin 8-16-da Cənubi Koreyada güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışda 1 snayperlə təmsil olunacaq.

Dünya Kubokunda hədəf önünə yığmamızın lideri Ruslan Lunyov keçəcək. 26 yaşlı atıcımız 10 və 25 m məsafələrə atışda nəyə qadir olduğunu yoxlayacaq.

Qeyd edək ki, yarışa 67 ölkədən 927 idmançının qatılması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR