İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında TASİM layihəsinin təqdimatı keçirilib

İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında TASİM layihəsinin təqdimatı keçirilib
# 06 mart 2015 10:33 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 1-5 mart tarixlərində İranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlaşdırma Şurasının 25-ci iclasında Azərbaycanı geniş tərkibli nümayəndə heyəti təmsil edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, heyət tərkibində olan nazirlik nümayəndəsi şuranın Nəqliyyat və Rabitə komitəsinin iclaslarında iştirak edib.

Qeyd olunan iclaslar zamanı bir sıra layihələrə dair geniş müzakirələr aparılıb, təşkilatın fəaliyyətinə dair qərarlar qəbul edilib və Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin təqdimatı keçirilib.

Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Abbas Məmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının katibliyi və quruma üzv olan Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan ölkələrinin nümayəndələri qarşısında TASİM layihəsinin təqdimatını keçirib.

“Yeni geosiyasi reallıqda TASİM-in rolu” adlı təqdimatda bu layihənin Azərbaycanın təşəbbüsü olduğu, Almaniyanın Frankfurt şəhərindən Çinin Honkonq şəhərinədək istiqamətlənməsi, Avropa və Asiya arasında ən qısa və sərfəli marşrutlardan biri olması və BMT Baş Assambleyasının qətnamələri ilə siyasi dəstəkləndiyi haqqında məlumat verilib.

Təqdimatın sonunda təşkilatın katibliyi və üzv ölkələr TASİM layihəsini dəstəkləməyə çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR