APA-nın “İnterfaks-Ukraina”ya istinadən verdiyi məlumata görə, N. Nazarbayevin Kiyevə işgüzar səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
“Biz tam həcmdə hərbi-texniki əməkdaşlığı bərpa edirik”, – deyə P. Poroşenko bildirib.
Tərəflər həmçinin razılaşıblar ki, Qazaxıstan Ukraynanı Ekibastuz yatağından çıxarılan energetik kömürlə təchiz edəcək.
N. Nazarbayev isə vurğulayıb ki, Minsk formatında münaqişənin nizamlanmasına dəstək verməyə hazırdır.