Ukrayna ilə Qazaxıstan hərbi-texniki sahədə əməkdaşlığı bərpa edir

Ukrayna ilə Qazaxıstan hərbi-texniki sahədə əməkdaşlığı bərpa edir
# 22 dekabr 2014 12:46 (UTC +04:00)

APA-nın “İnterfaks-Ukraina”ya istinadən verdiyi məlumata görə, N. Nazarbayevin Kiyevə işgüzar səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb.

“Biz tam həcmdə hərbi-texniki əməkdaşlığı bərpa edirik”, – deyə P. Poroşenko bildirib.

Tərəflər həmçinin razılaşıblar ki, Qazaxıstan Ukraynanı Ekibastuz yatağından çıxarılan energetik kömürlə təchiz edəcək.

N. Nazarbayev isə vurğulayıb ki, Minsk formatında münaqişənin nizamlanmasına dəstək verməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR