Şəkidə iki minik maşını toqquşub, iki nəfər ölüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

Şəkidə iki minik maşını toqquşub, iki nəfər ölüb, iki nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 12 dekabr 2014 09:40 (UTC +04:00)

Şəki Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Qax rayon sakini, 1964-cü il təvəllüdlü Ramiz Cəlal oğlu Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı, 10 XK 096 dövlət nömrə nişanlı avtomobil, 1990-cı il təvəllüdlü Qurbanov Təbriz Əlirəhman oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 55 BH 179 dövlət nömrə nişanlı maşınla toqquşub.

Qəza nəticəsində hər iki sürücü dünyasını dəyişib. Bundan başqa R. Məmmədovun idarə etdiyi maşında olan sərnişin, sürücünün qızı 23 yaşlı Aydan Ramiz qızı Məmmədova və digər avtomobildə olan sərnişinlər - 1988-ci il təvəllüdlü Abdulla Rafiq oğlu Malxasov və 1988-ci il təvəllüdlü Elsevər Ramazan oğlu Əhmədov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyi də Şəkidə baş verən qəza ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Şəki rayonu ərazisində (rayon mərkəzindən 28 km aralı) iki "VAZ" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Hadisə yerinə cəlb olunmuş xilasedicilər sürücü, 1990-cı il təvəllüdlü Qurbanov Təbriz Əlirəhman oğluna cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

11.27

***

Şəki. Vüqar Heydərov – APA. Şəkidə ağır yol qəzası baş verib.

Şəki Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 11.00 radələrində Şəki-Qax magistral yolunda qeydə alınıb.

“VAZ-2106” markalı iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, daha iki nəfər xəsarət alıb. Ölən və xəsarət alanların adlarını müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR