Prezident İlham Əliyev İraqın neft nazirini qəbul edib - VİDEO

Prezident İlham Əliyev İraqın neft nazirini qəbul edib - <span style="color: red;">VİDEO
# 01 iyun 2015 15:49 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev İraqın neft naziri Adil Əbdülmehdinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın xəbərinə görə, dövlət başçısı ölkələr arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Prezident əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. O, enerji sahəsində əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb.


Ölkəsinin Azərbaycanla dost münasibətdə olduğunu deyən İraqın neft naziri Adil Əbdülmehdi isə əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən neft-qaz və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib.

Görüşdə Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İraqın Neft Nazirliyi arasında imzalanan memorandumun energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR