Livan-Suriya sərhədində İŞİD liderləri həbs edilib

Livan-Suriya sərhədində İŞİD liderləri həbs edilib
# 08 aprel 2015 19:25 (UTC +04:00)

Bakı-APA. Aprelin 8-də Livan kəşfiyyatı ölkənin Suriya ilə sərhədində 2 İŞİD liderini həbs edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Livanın müdafiə nazirliyinin açıqlamasında bildirilir.

“Ordu qüvvələrinin köməyi ilə kəşfiyyat patrulu bir neçə maddə üzrə axtarışda olan suriyalı Nabil Əl-Saddik və livanlı Əli Əyubu yaxalayıb”, açıqlamada qeyd olunur.

Livan KİV-lərinin məlumatına əsasən, yaxalananlar “İŞİD” terror təşkilatının liderləri arasındadırlar. Onların başçılıq etdiyi dəstələr mütəmadi olaraq Livan-Suriya sərhədindəki postlara və yaşayış məntəqələrinə hücum edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR