Gəncə. Azər Məmmədli-APA. Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 15.00 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Laçın rayonundan məcburi köçkün olan və Goranboyda məskunlaşan 1992-ci il təvəllüdlü Laçın Süleymanov idarə etdiyi “VAZ2106” markalı avtomobillə yolu keçmək istəyən şəhər sakini, 1986-cı il təvəllüdlü Vəfa Məmmədova və onun bacısı qızı, 12 yaşlı Günel Budaqini vurub. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.