Bakı şəhər Baş Polis İdarəsi yol polisi əməkdaşının həbs edilməsi barədə məlumatları təkzib edib

Bakı şəhər Baş Polis İdarəsi yol polisi əməkdaşının həbs edilməsi barədə məlumatları təkzib edib
# 03 dekabr 2014 07:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhər Baş Polis İdarəsi paytaxtda yol polisi əməkdaşının həbs edilməsi barədə yayılan məlumatları təkzib edib.

İdarədən APA-ya bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşının guya rüşvət alarkən həbs olunması ilə bağlı bəzi KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil.

İdarədən həmçinin bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində Rəşad Quliyev adlı əməkdaş çalışmır.

Qeyd edək ki, ötən gün bəzi KİV-də Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inspektoru Rəşad Quliyevin sürücüdən rüşvət alarkən həbs edilməsi barədə məlumatlar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR