Lüksemburda Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin toplantısı olacaq

Lüksemburda Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin toplantısı olacaq
# 18 aprel 2015 07:59 (UTC +04:00)

APA-nın Aİ-nin saytına istinadən verdiyi məlumata görə, konfrans Aİ Xarici Əlaqələr Şurasının iclası çərçivəsində baş tutacaq.

Konfransa Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndə Federika Mogerini sədrlik edəcək.

Görüdə, əsasən mayın 21-22-də Riqada keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.

Konfransda Aİ-nin Latın Amerikası və Karib dənizi ölkələri ilə münasibətləri, Liviya, Yəmən məsələsi və İranın nüvə proqramı üzrə danışılar müzakirə ediləcək.

Tədbirdə Azərbaycan da təmsil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR