Dövlət Gömrük Komitəsinin sədri Xızıda vətəndaşları qəbul edib - FOTOSESSİYA - VİDEO

Dövlət Gömrük Komitəsinin sədri Xızıda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 30 mart 2015 09:31 (UTC +04:00)

Xızı. Vəli Turan – APA. Bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Xızı şəhərində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin binasında bu bölgədən olan vətəndaşları qəbul edib.

APA-nın şimal bürosunun məlumatına görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Xızı, Sumqayıt, Abşeron və Qobustan rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul və gömrük rəsmiləşdirilməsi ilə bağlı olub.

Səyyar qəbul zamanı komitə sədri qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR