KİVDF-nin “l Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV” mövzusunda keçirdiyi müsabiqənin qaydaları açıqlanıb

KİVDF-nin “l Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV” mövzusunda keçirdiyi müsabiqənin qaydaları açıqlanıb
# 27 may 2015 12:44 (UTC +04:00)

KİVDF-dən APA-ya verilən məlumata görə, müsabiqədə ən azı 1 il müddətində fəaliyyət göstərən kütləvi informasiya vasitələri (televiziya kanalları, qəzetlər, jurnallar, informasiya agentlikləri və internet informasiya resursları) iştirak edə bilərlər.

Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşmüş KİV-in müsabiqədə iştirakına icazə verilmir. Müsabiqənin maliyyələşdirilməsi qaydaları Fondun Müşahidə Şurası tərəfindən müəyyənləşdiriləcək. Mövzunun KİV-lər tərəfindən əhatə olunması səviyyəsini müəyyənləşdirmək üçün Fondun Müşahidə Şurası tərəfindən xüsusi Monitorinq Qrupu yaradılıb.

Müsabiqənin qiymətləndirmə meyarları aşağıdakılardır:

- mövzunun əhatə olunması, idman yarışlarının işıqlandırılması, jurnalist təhlili;

- fəaliyyətin cəmiyyət üçün informasiyalılıq səviyyəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

I -ci yerin qalibi 30 min, II -ci yerin qalibi (2 KIV) 15 min, III -cü yerin qalibi (2 KIV) isə 10 min manat məbləğində mükafat qazanacaq. Nəticələri yüksək qiymətləndirilmiş KİV-lər Müşahidə Şurasının qərarı ilə Fondun İcraçı direktoru tərəfindən təsdiq edilir. Müsabiqənin yekunları haqqında iştirakçılara və ictimaiyyətə məlumat verilir.

Müsabiqə bu gündən başlayaraq iyulun 1-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR