Boliviyada avtobus qayaya çırpılaraq aşıb: 17 ölü, 18 yaralı

Boliviyada avtobus qayaya çırpılaraq aşıb: 17 ölü, 18 yaralı
# 08 iyun 2016 02:40 (UTC +04:00)

Bakı-APA. Boliviyada avtobusun qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Vilyanson-La-Pas marşrutu üzrə hərəkət edən avtobus yol kənarındakı qayaya çırpılıb, sonra isə aşıb.

Ölənlərdən 9-u kişi, 8-i isə qadındır.

Bu, Boliviyada ilin əvvəlindən bəri ən böyük yol qəzasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR