Baş nazir: "Finlandiya NATO-ya üzv ola bilər"

Baş nazir: "Finlandiya NATO-ya üzv ola bilər"
# 11 iyun 2016 15:10 (UTC +04:00)

Bakı - APA. "Finlandiya NATO-ya üzv olmaq üçün ərizə verə bilər, lakin bunun üçün əhalinin böyük hissəisnin ciddi dəstəyi lazımdır". APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Finlandiyanın baş naziri Yuxa Sipilya bildirib.

"Bunun üçün referendum keçirilməlidir. Bu cür qərarları qəbul etməli olan şəxslər məsuliyyəti xalq ötürür. Xalqımız bilir ki, bu cür qərarların qəbulu nəinki indiki, gələcək nəsillərə də təsir edir", - deyə baş nazir bildirib.

O əlavə edib ki, Finlandiya hərbi bloklara daxil olmayan ölkədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR