Qubada iki maşın toqquşub bir nəfər ölüb, altı nəfər xəsarət alıb - YENİLƏNİB

Qubada iki maşın toqquşub bir nəfər ölüb, altı nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 30 iyun 2016 15:40 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimliyi məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, xəsarət alanların Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Fərhad Həsənov, 1987-ci il təvəllüdlü Çingiz Hacıyev, Quba rayonunun Nərimanabad kənd sakinləri - 1951-ci il təvəllüdlü Səkinə Əzizova, 4 yaşlı Nərmin Əzizova, 9 yaşlı Amil Aslanov, 2002-ci il təvəllüdlü Əziz Əzizov və 1939-cu il təvəllüdlü Nazim Əzizov olduğu açıqlanıb.

Qəzada ölənin isə Vahid adlı şəxs olduğu bildirilir.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

***

17.33

Quba. Vəli Turan - APA. Quba rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Quba-İspik-Xınalıq yolunun 2-ci kilometrliyində qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, “QAZel” və BMW markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Quba Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, qəza nəticəsində altı nəfər tibb müəssisəsinə yerləşdirilib.

Faktla bağlı Quba rayon Polis Şöbəsinə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR