Bakı-Qazax magistral yolunda qəza baş verib

Bakı-Qazax magistral yolunda qəza baş verib
# 04 sentyabr 2015 17:01 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəlməmmədli şəhəri ərazisində qeydə alınıb. Rayon sakini, 1976-cı il təvəllüdlü Tapdıq Ələkbərov idarə etdiyi “LADA Priora” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında dəmir lövhəyə çırpılıb. Qəza zamanı sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR