Bakı. Şəhriyar Əlizadə - APA. Ağdam rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 11-də saat 22 radələrində Ağdam rayonunun Səfərli qəsəbəsində rayon sakini Elman Həmidov idarə etdiyi “VAZ 2106” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
Ağdam RPŞ tərəfindən araşdırma aparılır.