İyunun 16-da Tehran-Təbriz-Bakı aviareysi açılır

İyunun 16-da Tehran-Təbriz-Bakı aviareysi açılır
# 14 iyun 2016 14:47 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İyunun 16-da Tehran-Təbriz-Bakı və Bakı-Təbriz-Tehran aviareysi açılacaq.

APA-nın İranın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, bu reys üzrə həftədə 2 dəfə - bazar ertəsi və cümə axşamı günləri uçuş həyata keçiriləcək.

Uçuşları İranın “Ata Airlines” şirkəti təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR