QMİ-nin dövlətə xəyanətdə ittiham olunan sabiq sektor müdirinin məhkəməsi başlayıb

QMİ-nin dövlətə xəyanətdə ittiham olunan sabiq sektor müdirinin məhkəməsi başlayıb
# 12 iyul 2016 14:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 19-na təyin olunub.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR