Anasını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Anasını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 08 aprel 2015 13:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirli bilinən Elvin Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub, E. Əzimov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elvin Əzimov anası Esmira Əzimovanı bıçaqlayaraq qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR