Göyçayda yeşik istehsalı sexi yanıb

 Göyçayda yeşik istehsalı sexi yanıb
# 22 iyul 2014 15:38 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda meyvə-tərəvəz məhsullarının yığılması üçün nəzərdə tutulan yeşik istehsalı sexi yanıb. APA-nın məlumatına görə, hadisə Göyçay şəhərinin Bahəddin Mirzəyev küçəsində qeydə alınıb. İş adamı Cümşüd Mehdiyevə məxsus ümumi sahəsi 300 kvadratmetr olan yeşik sexində baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı sexin 80 kvadratmetrlik hissəsi və içəridəki yeşiklər yanıb. Yanğının genişlənməsinin və yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR