Azərbaycan klubuna avrokuboklarda texniki məğlubiyyət verilib

Azərbaycan klubuna avrokuboklarda texniki məğlubiyyət verilib
# 05 noyabr 2014 06:34 (UTC +04:00)

Bakı – APA. Tarixin yaddaşına köçən “İqtisadçı”nı CEV kubokunda heç bir Azərbaycan klubunun əvəzləməyəcəyi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası artıq Bakı təmsilçisi ilə bağlı qərarını açıqlayıb.

Yarışın 1/16 final mərhələsində İspaniyanın “Loqrono” klubu ilə qarşılaşmalı olan Universitet komandasına hər 2 matçda 0:3 (0:25; 0:25; 0:25) hesablı texniki məğlubiyyət verilib. Nəticədə CEV kubokunda debüt etməli olan rəqib 1/8 finala yüksəlib.

Bu, yarışın 2014/2015 mövsümündə ikinci belə hadisədi. Daha öncə “Severodonçonka” (Ukraynda) da “İqtisadçı”nın taleyini yaşamışdı. Lakin təmsilçimizdən fərqli, ukraynalılar vətənlərində baş verən siyasi qalmaqallar səbəbindən kubokdan kənara çəkilmişdilər və yığmamızın hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu “Atom” (Polşa) mərhələ adlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR