Bakı. Hafiz Heydərov – APA. Balakəndə ev yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Hənifə kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.