Teleqüllədə yenidənqurma işləri aparılır

Teleqüllədə yenidənqurma işləri aparılır
# 07 sentyabr 2015 12:05 (UTC +04:00)

Bakı – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin mütəxəssisləri tərəfindən Bakı Teleqüllə Kompleksində yenidənqurma işləri aparılır.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, kompleksin +200 metr səviyyəsindən son nöqtəsi olan +310 metr səviyyəsinədək olan metal hissəsi təmir edilərək, sintetik lüks parlaqlıq boyası ilə rənglənib.

Qeyd edirik ki, Teleqüllənin metal hissəsinin +230 m. səviyyəsindən +254 m. səviyyəsinədək olan hissəsində yerləşmiş I və II TV diapazonlu, 75 Om-luq köhnə antena sistemləri çıxarılıb.

Əvəzində, İtaliyanın “Aldena” şirkətinin istehsalı olan, gücü 35 kVt-lıq yeni 8 mərtəbəli FM antena sistemi layihələndirilib və hazırda quraşdırılma işləri davam etdirilir.

Nəticədə, bu ilin sonunadək, 87.50-108.00 MHs tezliyində yayımlanacaq yeni FM radio proqramlarının Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin ondan 100 km radiusda olan ərazidə inamlı qəbulu təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR