Zakir Həsənov Nəcməddin Sadıkovu 60 illik yubileyi münasibəti ilə təbrik edib

Zakir Həsənov Nəcməddin Sadıkovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
# 24 may 2016 14:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Hüseyn oğlu Sadıkovu 60 illik yubileyi münasibəti ilə təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir N. Sadıkovu 60 illik yubileyi münasibəti ilə təbrik edərək ona ən xoş arzularını çatdırıb: “Əminəm ki, bundan sonra da xidməti vəzifələrinizi layiqincə yerinə yetirəcək, qarşıya qoyulmuş tapşırıqların uğurla həyata keçirilməsində, ordumuzun inkişafı və daha da qüdrətlənməsi naminə Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, ixtisas biliklərinə dərindən yiyələnməsində və hərbi intizamının möhkəmləndirilməsində səylərinizi daha da artıracaqsınız. Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR