Azərbaycan prezidenti qazaxıstanlı həmkarını təbrik edib

Azərbaycan prezidenti qazaxıstanlı həmkarını təbrik edib
# 15 dekabr 2014 16:06 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Nursultan Abişeviç, Sizi və Sizin şəxsinizdə bütün qardaş Qazaxıstan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanla Qazaxıstanı sıx qardaşlıq telləri, tarixən yaranmış dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bağlayır. Bu gün Sizin rəhbərliyinizlə qardaş Qazaxıstan ölkənin dünya birliyində nüfuzunun möhkəmləndirilməsi yolunda inamla irəliləyir. Bu yaxınlardakı görüşlərimizi və söhbətlərimizi yüksək qiymətləndirir və böyük səmimiyyətlə xatırlayıram.


Əminəm ki, Azərbaycanla Qazaxıstan arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişaf etməsi və möhkəmlənməsi, çoxplanlı qarşılıqlı əlaqələr və qarşılıqlı dəstək bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafeyinə xidmət edəcək. Hörmətli Nursultan Abişeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq, qardaş Qazaxıstan xalqına isə sülh və tərəqqi arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR