“İŞİD” jurnalistlərin üzərinə xilafətə sadiqliyə and içmək öhdəliyi qoyub

“İŞİD” jurnalistlərin üzərinə xilafətə sadiqliyə and içmək  öhdəliyi qoyub
# 07 oktyabr 2014 22:33 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Syria Deeply nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu qaydalar müzakirə olunmur və hər bir jurnalist onlara əməl etməlidir.

Qaydalara əsasən, jurnalistlər fəaliyyətləri üçün lisenziya almalıdırlar. Bunun üçün onlar xilafətə sadiqliyə and içməlidirlər. İstənilən material “İŞİD”-in mətbuat xidməti ilə razılaşdırıldıqdan sonra dərc oluna bilər. Onlara, həmçinin, “İŞİD”-in “qara siyahısına daxil edilmiş peyk telekanalları ilə (Al Arabia və Al Jazeera) əməkdaşlıq etməyə qadağa qoyulub.

Qaydaları pozan şəxslərin fəaliyyəti dayandırılacaq və onlar məsuliyyətə cəlb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR