BDU Tehran Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

BDU Tehran Universiteti ilə Anlaşma Memorandumu imzalayıb
# 17 dekabr 2014 12:56 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Tehran Universitetinin rektoru, doktor Nili Əhmədabadinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, akademik Abel Məhərrəmov ilk dəfə BDU-da olan qonaqlara bu təhsil ocagının tarixi, elmi nailiyyətləri, təhsilin inkişaf perspektivləri və beynəlxalq əlaqələri haqqında məlumat verib.

Tehran Universitetinin rektoru, doktor Nili Əhmədabadi isə Bakı Dövlət Universiteti ilə əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin universitetlərarası əməkdaşlıq, müəllim və tələbə mübadiləsi, birgə konfrans və seminarların keçirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.


Sonda Tehran Universitetinin rektoru Nili Əhmədabadiyə “BDU-nun Fəxri qonağı” diplomu təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR