Misir Qəzza zolağı ilə sərhəddə bufer zonası yaradacaq

Misir Qəzza zolağı ilə sərhəddə bufer zonası yaradacaq
# 29 oktyabr 2014 03:57 (UTC +04:00)

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, adlarının açıqlanmasını istəməyən hakimiyyət nümayəndələri bufer zonasının su ilə doldurulmuş xəndəklərdən ibarət olacaq. Məlumata görə, bufer zonasının yaradılmasının əsas məqsədi tunellərin tikintisinə mane olmaqdır.

Misir güc strukturları artıq bu ərazilərdən əhalini tezliklə köçürüləcəyi ilə bağlı xəbərdarlıq edib. Təşəbbüs Misir və Fələstin arasında silah qaçaqmalçılığın qarşısını almaq məqsədi ilə irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR