Rauf Babayev: “Allah eləsin, dərmanlar yaxşı təsir etsin, bir də xəstəxanaya qayıtmayım”

Rauf Babayev: “Allah eləsin, dərmanlar yaxşı təsir etsin, bir də xəstəxanaya qayıtmayım”
# 11 avqust 2014 10:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Bu gün həkimlərin məsləhəti ilə xəstəxanadan evə buraxıldım, indi özümü normal hiss edirəm”.

Bunu APA-ya açıqlamasında xalq artisti, “Qaya” qrupunun bədii rəhbəri Rauf Babayev deyib. O bildirib ki, bundan sonra müalicəsi evdə davam edəcək: “Deyə bilmərəm ki, tam yaxşıyam, amma hər halda, əvvəlki vaxtlara nisbətən səhhətimdə irəliləyiş var. Həkimlər on günlük evdə müalicə üçün iynə-dərman yazıblar, kurs başa çatandan sonra yenidən müayinə üçün xəstəxanaya gedə bilərəm. Allah eləsin, dərmanlar yaxşı təsir etsin, bir də xəstəxanaya qayıtmayım”.

Qeyd edək ki, xalq artisti R. Babayev avqustun 8-də beyin qan dövranının pozğunluğu ilə əlaqədar Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR