“Nikoil Bank” səyahət yay əmanət aksiyasına start verir

“Nikoil Bank” səyahət yay əmanət aksiyasına start verir
# 02 iyun 2015 07:52 (UTC +04:00)

Bakı - APA-Economics. “Nikoil Bank” bu ilin 31 avqustuna qədər davam edəcək “NIKOIL | Səyahət” yay əmanət aksiyasına start verir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya 2 iyun - 31 avqust tarixləri arasında əmanət yerləşdirən və aksiya müddəti ərzində bankda olan əmanətinin müddətini uzadan bütün əmanətçilərə aiddir.

Müştərilər əmanətlərini 16%-dək illik faiz dərəcəsi ilə, 1000 AZN/USD/EUR-dan az olmayaraq, 3 aydan 60 ayadək müddətə yerləşdirə bilərlər.

Müştərilər hər biri 1 000 manat dəyərində olan 15 səyahət kuponunun oynanılacağı lotereyada iştirak hüququ qazanacaqlar. Lotereyanın unikallığı ondan ibarətdir ki, aksiyanın müddəti ərzində 3 tiraj baş tutacaq: 10 iyul, 10 avqust və 10 sentyabr. Tirajların hər birində 5 səyahət kuponu oynanılacaq.

Qeyd edək ki, lotereyada bankın mövcud əmanətçiləri iştirak etmək hüququ əldə edir. Bunun üçün aksiya müddəti ərzində bankda olan mövcud əmanətin müddətini 50%-dək artırmaq tələb olunur.

Bu gün "Nikoil Bank” əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “Nikoil Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR