“AXA Mbask”ın səhmlərinin birjada yerləşdirilməsinə başlanılır

“AXA Mbask”ın səhmlərinin birjada yerləşdirilməsinə başlanılır
# 07 sentyabr 2015 13:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bakı Fond Birjasında (BFB) “AXA Mbask” sığorta şirkətinin səhmlərinin yerləşdirilməsi həyata keçiriləcək.

Birjadan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 3 mln. 228 manatdır.

Qiymətli kağızın miqdarı 7 854 ədəd, nominal dəyəri isə 382 manatdır.

Yerləşdirmənin anderrayteri qismində “Unicapital” ASC çıxış edəcək.

Hazırda şirkətin nizamnamə kapitalının 14 mln. 233 min 320 manat olduğunu nəzərə alsaq, emissiya baş tutduqdan sonra sığortaçının kapitalı 17 mln. 233,548 min manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR