Suriyada hökumət və müxalifət qüvvələri 15 günlük atəşkəs elan edib - VİDEO

Suriyada hökumət və müxalifət qüvvələri 15 günlük atəşkəs elan edib - <span style="color: red;">VİDEO
# 19 noyabr 2015 07:34 (UTC +04:00)

Bakı-APA. Suriyada hökumət və müxalifət qüvvələri 15 günlük atəşkəs elan edilməsi barədə razılığa gəlib.

APA-nın DHA-ya istinadən xəbərinə görə, bu barədə Suriya İnsan Hüquqları Müşahidə Evi məlumat yayıb. Məlumata görə, bu barədə qərar tərəflərin Şərqi Quta vilayətində keçirilən görüşündə qəbul edilib. 15 günlük atəşkəs barədə qərar noyabrın 19-dan qüvvəyə minir.

Məlumatda bildirilir ki, bu, sınaq müddətidir. Tərəflər razılaşmanın reallaşacağı təqdirdə müddəti uzada biləcəklərini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR